“İTi zəka”lılar mükafatlandırılıb | |
Dekabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi zəka” hakatonunun mükafatlandırma mərasimi keçirilib.
Giriş nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq müsabiqədə yarışanlara uğurlar arzu edib. O, ölkəmizdə uşaqların sağlam yaşaması, təhlükəsiz şəraitdə böyüməsi, bütün imkanlara əlçatanlığının təmin edilməsi, uşaq hüquqlarının həm beynəlxalq, həm də milli qanunvericiliyin təyin etdiyi normalar əsasında təmin olunması istiqamətində həyata keçirilən tədbir və nailiyyətlərdən bəhs edib.
Müsabiqənin münsiflər heyəti adından çıxış edən Bilim Bakı Mərkəzinin direktoru Yusuf Polat belə maraqlı müsabiqədə təşkilatçılardan biri olmaqdan məmnunluğunu ifadə edib.
Daha sonra Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən “İTi zəka” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş etdirilib.
Sonra “İTi zəka” hakatonu barədə videoçarx təqdim edilib.
Yekunda mükafatlandırma mərasimi keçirilib. Qeyd edək ki, müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsi, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda komandada işləmək və rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.
|
|
14.12.2022 | 10:57 | |
|
|
|