SABAH qrupları tələbələri üçün kibertəhlükəsizliklə bağlı təlim | |
Kiber Təhlükəsizlik Platforması və Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-nun SABAH qruplarının “Kompüter elmləri” ixtisasının II, III, IV kurs tələbələrinə təlim keçirilib.
İki gün davam edən təlimdə SABAH qrupları tələbələrinə kibertəhlükəsizliyin təməlləri, tətbiqi hücum-müdafiə bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə gələcək karyera inkişafı ilə bağlı önəmli məlumatlar verilib. İştirakçılar, həmçinin kiber təhdidlərin yaranma səbəbləri barədə də məlumatlandırılıb.
Kiber Təhlükəsizlik Platforması tərəfindən təlim proqramları davam edəcək.
|
|
14.12.2022 | 10:16 | |
|
|
|