MEK-in oxucuları üçün beynəlxalq elektron baza istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) istifadəçiləri üçün tibb sahəsi üzrə “AMBOSS GmbH” beynəlxalq elektron məlumat bazası istifadəyə verilib.

 

Sözügedən məlumat bazasının idarə heyəti ilə MEK rəhbərliyinin birgə əldə etdikləri razılığa əsasən, Mərkəzi Elmi Kitabxana üçün 100 ədəd istifadə kodu göndərilib. AMBOSS tərəfindən MEK-ə göndərilən bu kodlarla oxucular iyirmi mindən çox tibbi mövzudan ibarət interaktiv kitabxana və altı mindən artıq klinik vəziyyətə əsaslanan bir-biri ilə əlaqəli “Sual Bankı”ndan istifadə edə biləcəklər.

 

Qeyd edək ki, ali tibbi təhsilin rezidentura pilləsində təhsil alan tələbələr, gənc həkimlər bu fürsətdən bir ay müddətində ödənişsiz yararlana bilərlər. Yaxın günlərdə növbəti beynəlxalq elektron məlumat bazaları da MEK istifadəçiləri üçün açıq olacaqdır.

 



13.12.2022 | 17:34