Uşaq və yeniyetmələr üçün ailə dəyərləri mövzusunda seminar keçirilib | |
Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli məktəbdə yuxarı sinif şagirdləri üçün ailə mühiti və milli-mənəvi dəyərlərə həsr edilmiş seminar keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət Azərbaycan ailə modeli, onun önəmi və yetişməkdə olan nəslin bu dəyərləri mənimsəməsi ilə bağlı fikirlərini bildirib. O, uşaqların davranışlarının həm ailə daxilində, həm cəmiyyətdə, həm də ayrıca götürdükdə məktəbdə formalaşmasında böyüklərin rolundan danışıb. Direktor qeyd edib ki, hər bir uşağın davranışları ilk olaraq ailə mühitində formalaşsa da, sonradan bu, daha çox məktəbdə inkişaf etdirilir.
Daha sonra çıxış edən “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə iştirakçılara mövzu ilə bağlı məlumat verib.
Seminar uşaqlar və yeniyetmələr tərəfindən maraqla qarşılanıb.
|
|
12.12.2022 | 11:25 | |
|
|
|