“Multikulturalizmə giriş” fənnini tədris edən universitet müəllimləri üçün treninqlər başa çatıb | |
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi layihəsi çərçivəsində keçirilən növbəti treninqlər başa çatıb.
Bu fənni tədris edən müəllimlər üçün təşkil olunan treninqlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecinin, ümumilikdə 20-dən çox müəllimi iştirak edib. Treninqlər çərçivəsində BBMM-in əməkdaşları, eləcə də alim və mütəxəssislər tərəfindən “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları", "Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din", "Qədim Türk İnancları”, "Etnik müxtəliflik və milli ideya", "Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi", “Müasir dövrdə Azərbaycanda multikulturalizm”, “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri” və digər mövzularda mühazirələr təqdim olunub. Treninqlər zamanı geniş diskussiyalar aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda treninqi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.
|
|
07.12.2022 | 10:03 | |
|
|
|