Şəki Regional Elmi Mərkəzində əldə olunmuş elmi nəticələr beynəlxalq bazalarda indekslənən jurnallarda çap olunub | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində son bir ildə uğurlu elmi nəticələr əldə edilib.
AMEA-dan bildirilib ki, mərkəzin rəhbərliyi və kollektivi elmi-tədqiqat istiqamətlərinə müvafiq olaraq tədqiqat işləri yerinə yetirib, tədqiqatların multidissiplinar xarakterini nəzərə alaraq onların nəticələrinin ölkədaxili və xaricdə elmi nəşrlərdə işıqlandırılması, indeksli elmi bazalara malik olan jurnallarda dərc edilməsinə üstünlük verilib.
Beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsinə hər zaman böyük diqqət yetirən elmi mərkəzin əməkdaşları respublika daxilində və xaricdə (Türkiyə, Qazaxıstan, Polşa, İtaliya, Rusiya), beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda ümumilikdə 50-yə qədər məqalə nəşr etdiriblər.
Nəşr olunmuş məqalələrdən 10-u “Scopus”, 3-ü isə “Web of Science” bazalarında indekslənən elmi jurnallarda öz əksini tapıb.
|
|
06.12.2022 | 11:43 | |
|
|
|