“Azərbaycanda kiber ekosistemin formalaşması” adlı konfrans başa çatıb | |
Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransın işinə yekun vurulub. Zoom platforması üzərindən onlayn formatda üç gün müddətində davam edən konfransda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
Konfransın açılışında AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Ramazan Bayındır çıxış ediblər.
MDU-nun mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyevanın moderatorluğu ilə konfransın birinci panelində Qazi Universitetindən professor Ayhan Erdem “Kibertəhlükəsizliyin əhəmiyyəti”, professor Ercan Yılmaz “Nüfuzetmə testləri”, AzTU-dan dosent Yadigar İmamverdiyev “Sənaye idarəetmə sistemlərinin informasiya təhlükəsizliyi”, İstanbul Gelişim Universitetinin əməkdaşı, GPEN serifikatlı mütəxəssis Serkan Gönen “Kibertəhlükəsizlik üzrə maarifləndirmə”, Receb Tayyip Erdoğan Universitetinin əməkdaşı Mehmet Sevri “Tətbiq olunan Web təhlükəsizliyi”, MDU əməkdaşı Elçin Tağıyev “Beşinci sənaye inqilabı: rəqəmsal texnologiyalar və süni intellekt”, “TIM Group” şirkətlər qrupunun təsisçisi, ORACLE sertifikatlı mütəxəssis Teymur Hacıyev “DATA sızması: təhdidlər və təhlükələr” mövzusunda məruzlərlə çıxış ediblər.
AzTU-nun dosenti Yadigar İmamverdiyevin moderatorluğu ilə konfransın ikinci panelində Qazi Universitetindən dosent İbrahim Alper Doğru “Mobil proqramlama”, dosent Adem Tekerek “Veb tətbiq təhlükəsizliyi”, Kazım Kılıç “Mobil zərərli proqramlar” və GXPN sertifikatlı kiber təhlükəsizlik mütəxəssisi Gökçe Karacayılmaz “Xidmət rəddi (DOS: denial of service)”, AzTU-dan İlahə Qəhrəmanova “Sosial şəbəkələrdə yayılmış fişinq üsullarının tədqiqi”, Qurban Fərəcov “Tibbi kiber-fiziki sistemlərdə autentifikasiya metodları”, Məhəmməd Hüseynli və Əzimə Abasova “Sıfır bilik isbatı və blokçeynlər”, MDU-dan isə Şəbnəm Nəsirova “Rəqəmsal sistemlərin təhdidlərdən qorunma mexanizmləri” və Leyla İsmayılzadə “İnformasiyanın mühafizəsi sisteminin yaradılması və təminatı” mövzusunda məruzələrini təqdim ediblər.
Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi dosent Sinan Toklunun moderatorluğu ilə konfransın üçüncü panelində AzTU-dan Aysel Tağıyeva və Adilə İmamverdiyeva “İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirilməsi”, Abdulhüseyn Ağayev “E-poçtun təhlükəsizliyi: Əsas DMARC komponentlərinin tədqiqi”, Fərid Qasımlı “Kibertəhlükəsizlik laboratoriyasının yaradılmasına yanaşmalar”, Qazi Universitetindən Esra Sögüt “Kritik infrastrukturlarda təhlükəsizlik”, MDU-dan isə Məryəm Əsədova “Smart sistemlərin təhlükəsizliyində blokçeyn”, Nərmin Əhmədova “Veb saytlarda istifadəçi təhlükəsizliyinin təmini vasitələri” və Elvin Muradzadə “Süni intellektdə DATA SCIENCE-dən istifadə perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
|
|
05.12.2022 | 14:47 | |
|
|
|