ADPU-da “Cığır” tarixi romanının təqdimatı | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasında "Şuşa İli" çərçivəsində keçirilən elmi seminarda yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı olub.
Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, müharibədə keçdiyimiz tarixi yol, sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edən əsər haqqında məlumat verib.
N.Əhmədova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında da seminar iştirakçılarına məlumat verdikdən sonra professor Xəqani Məmmədov, dosent Şubay Nuruzadə və dosent Zakir Kərimov "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər.
Sonra müəllif Yunus Oğuz tələbələrin suallarını cavablandırıb, iştirakçılara kitablar hədiyyə edib.
Sonda "Sözün bitdiyi, həyatın başlandığı yer!" adlı sənədli film nümayiş olunub.
|
|
04.12.2022 | 13:28 | |
|
|
|