Tələbələr hansı universiteti seçməlidirlər? | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Müasir dünya yüksəkixtisaslı, peşəkar, intellektli, xüsusi səriştə və bacarıqlara sahib mütəxəssislərin çiyinləri üzərində formalaşmaqdadır. Daim dəyişən əmək bazarı isə ali təhsil müəssisələrindən yüksəkixtisaslı, əməkqabiliyyətli mütəxəssislər gözləyir. Bəs, bu məzunlar harada hazırlanır? Hansı universitetlər daha yaxşı əməkqabiliyyətli məzunlar buraxır?
Böyük Britaniyanın “Times Higher Education” nəşrinin növbəti tədqiqatı bu suala cavab verir. Tədqiqatın arayış hissəsində qeyd olunur ki, universitetə daxil olmaq karyera hazırlığından daha artıq anlam daşıyır, düzgün seçilmiş təhsil müəssisəsi və ixtisas kursu, şübhəsiz ki, məzun perspektivinizi yaxşılaşdıra bilər. “Emerging” konsaltinq şirkəti tərəfindən hazırlanmış və “Times Higher Education” tərəfindən yayımlanan qlobal iş imkanları reytinqi göstərir ki, aparıcı şirkətlərdə iş həyatına hazırlaşmaq üçün hansı universitetlər daha uyğundur.
Reytinqin ilk 10-luğunda Sinqapur, Yaponiya və Böyük Britaniyanın ali təhsil müəssisələri möhkəmlənib. Bundan əlavə, Yaponiya, Kanada universitetləri də reytinqdə yüksək yerləri tutur.
1. Massaçusets Texnologiya İnstitutu Özünün dünyada tanınan aparıcı kurslarına əlavə olaraq, Massaçusets Texnologiya İnstitutu tələbələr, sahə liderləri və geniş ictimaiyyət üçün də ixtisasartırma proqramları təklif edir. Bir çox şirkətlər tez-tez bu ali məktəbin ayrı-ayrı fənləri əhatə edən və bir neçə il davam edən kurs və tədqiqatlarında fəal iştirak edirlər. Massaçusets Texnologiya İnstitutunun tələbələri, müəllimləri və məzunları sahibkarlıq innovasiyalarında, o cümlədən qabaqcıl kompüter şəbəkələrinin hazırlanmasında, vençur kapitalı ilə sövdələşmələrin təhlükəsizliyinin təmin edilməsi və biotexnologiyanın inkişafında əsas rol oynayırlar.
2. Kaliforniya Texnologiya İnstitutu Təəccüblü deyil ki, dünyanın ən yaxşı universitetlərindən sayılan Kaliforniya Texnologiya İnstitutu da xarici işəgötürənlər arasında populyardır. Tələbələr riyaziyyat, elm və texnika sahələrində güclü maraq və bacarıqları əsasında bu ali məktəbə qəbul olunurlar.
Kaliforniya Texnologiya İnstitutunun tələbələri bir sıra təbiət və mühəndislik fənlərinin əsaslarını öyrənməklə yanaşı, cəmiyyətin ən aktual problemlərini həll etmək üçün ən innovativ vasitələri də mənimsəyirlər.
Tələbələrin sayı digər universitetlərlə müqayisədə azdır: burada 1000-dən bir az çox tələbə və 1200 aspirant təhsil alır. Bu cür mühit müəllimlərlə tələbələr arasında yaxşı münasibətlər saxlamağa imkan verir.
3. Harvard Universiteti Harvard Universiteti ABŞ-ın ən qədim və ən nüfuzlu ali məktəbidir. Harvardda 30-dan çox dövlət başçısı təhsil alıb, universitetin məzunları arasında 38 Nobel və 48 Pulitzer mükafatı laureatı var. İşəgötürənlər arasında məşhurlaşan bir çox təhsil müəssisələri kimi Harvard da uzunillik yenilikçi tədqiqat və innovasiya tarixinə malikdir. Bir çox tələbə idmandan tutmuş, müvəffəqiyyət əldə etmək üçün onları zəruri bacarıqlarla silahlandıran sahibkarlıq fəaliyyətinə qədər universitetdənkənar fəaliyyətlə də məşğul olur.
4. Kembric Universiteti Kembric Universiteti dünyanın ən yaxşı və ən elit universitetlərindən biridir. Onun tarixi 13-cü əsrə gedib çıxır. İndi onun məzunları bütün dünyada tələb olunur. Məzunlar xüsusilə Oksford və Kembric universitetləri üçün unikal olan fərdi təhsil nəticəsində əldə etdikləri xüsusi biliklərə görə bütün dünyada qiymətləndirilir.
5. Stanford Universiteti Stanford Universiteti Kaliforniya ştatının Pasadena şəhərində, dünyada məşhur olan Silikon vadisinin yaxınlığında yerləşir. Ümumilikdə, Stanfordun filialları və məzunları tərəfindən qurulan şirkətlər 2,7 trilyon dollardan çox illik gəlir gətirirlər ki, bu da dünyanın 10-cu ən böyük iqtisadiyyatıdır. Bu firmalara Google, Nike, Netflix, Hewlett-Packard, Sun Microsystems, Instagram və Charles Schwab daxildir. Stanfordun məzunları Kiva və SIRUM kimi qeyri-kommersiya təşkilatlarını da qurublar.
Oruc MUSTAFAYEV
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
02.12.2022 | 14:17 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|