"Mədəniyyət kodu-Şuşa" lonqridi İsveçdə uğurla təqdim olundu | |
İsveçin paytaxtı Stokholm şəhərinin Sollentuna Bələdiyyəsinin kitabxana zalında "Mədəniyyət kodu-Şuşa" lonqridinin təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən hazırlanıb.
Tədbirdə Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, səfirliyin əməkdaşları, İsveç akademik mühitinin nümayəndələri, jurnalistlər, ictimai fəallar, türk və Azərbaycan diaspora üzvləri iştirak ediblər.
Birliyin sədr müavini Sindi Şükürova Azərbaycan- İsveç münasibətlərinin tarixi və inkişaf yolu haqqında çıxış edərək, İsveç ictimaiyyətinə Şuşanın tanıdılmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, "Mədəniyyət kodu-Şuşa"adlı lonqrid Azərbaycan mediasında yüksək lonqrid standartlarına uyğun hazırlanmış ilk yeni media məhsuludur. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Bununla yanaşı, xüsusi olaraq internet məkanında ilk dəfə " Şuşa məhəllələri" , "Qarabağ ərazisində Alban kilsələri" interaktiv xəritələri, "Şuşalı musiqiçilərin qızıl nəsli" adlı nəfis infoqrafika hazırlanıb.
|
|
28.11.2022 | 11:07 | |
|
|
|