“Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi | |
Noyabrın 24-də Gənclər Fondu və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə ADA Universitetində “Şuşa ili”nə həsr olunan “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumunun açılış mərasimi keçirilib.
Forumda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin qonaq spikerləri Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva açılış mərasimində yerli və xarici qonaqları salamlayaraq işğal dövründə Şuşa şəhərinin maddi-mədəni irsinə vurulmuş zərər haqqında xarici tələbələrin düzgün məlumatlandırılmasında, eləcə də işğaldan sonrakı mərhələdə gələcək inkişaf perspektivlərinin tədqiqi istiqamətində fundamental araşdırmalar aparılması barədə məlumat veriblər.
|
|
24.11.2022 | 17:45 | |
|
|
|