“Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, ozon təbəqəsinin mühafizəsi”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, ozon təbəqəsinin mühafizəsi” mövzusunda maarifləndirici seminar keçirilib. 

 

ADPU-nunTədris departamentinin Məzun, koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova seminarın mövzusu və ekspertlər haqqında məlumat verdikdən sonra, Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, dosent Fuad Hümbətov və Xidmətin İqlim dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova “İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan Respublikasının fəaliyyəti, COP27 İqlim sammiti” mövzusunda, İqlim dəyişmələri Mərkəzinin baş mütəxəssisi Röya Əfəndiyeva isə “İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri: Senday çərçivəsi” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

ADPU-nun coğrafiyaçı alimləri və tələbələr tərəfindən maraqla qarşılanan  seminar sual-cavab sessiyası ilə davam edib.

  



24.11.2022 | 13:16