MDU-da seminar: “Yaşıl enerji” | |
Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Yaşıl enerji” mövzusunda seminar keçirilib. Seminarda Mingəçevir Bələdiyyəsinin nümayəndələri, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak ediblər.
KİM-in mütəxəssisi İlhamə Məmmədova qlobal Dayanıqlı İnkişaf Məqsədlərində və Milli Prioritetlərdə “yaşıl enerji” konsepsiyasının diqqət mərkəzində saxlanıldığını qeyd edib, gənclərin bu istiqamətdə fəaliyyətlərə marağının artırılması və təşviq edilməsi baxımından seminarın önəmini vurğulayıb.
Sonra Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova təqdimatla çıxış edərək hazırda dünyada tükənən ənənəvi enerji mənbələri, artan enerji tələbatı və mövcud ekoloji vəziyyət fonunda “yaşıl enerji”nin əhəmiyyətindən bəhs edib. Təqdimat zamanı ölkədə bərpaolunan enerji potensialı, “yaşıl enerji”yə keçidlə bağlı atılan addımlar və perspektiv fəaliyyətlər barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
|
|
21.11.2022 | 15:46 | |
|
|
|