Yapon geyim ənənəsi- kimononun tarixi və xüsusiyyətləri haqqında tələbələrə ustad dərsi | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən Yapon kimonosunun tarixi və xüsusiyyətləri haqqında ustad dərsi keçirilib.
Əvvəlcə ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyalı Quliyeva, Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, o cümlədən Yaponiyanın ölkəmizdəki səfirliyinin birinci katibi Amada Şuniçi çıxış edərək, qədim yapon geyim ənənəsini ehtiva edən kimononun çoxəsrlik tarixindən, onun yapon xalqının həyatındakı mühüm rolundan bəhs ediblər.
Daha sonra isə Mika Şimojo tərəfindən kimono geyimi üzrə ustad dərsi keçirilib.
Qeyd edək ki, ustad dərslərinin keçirilməsində məqsəd kimononun yapon xalqının həyatındakı rolu, onun yarandığı gündən dövrümüzədək necə qorunub saxlanması və hansı dəyişikliklərə məruz qalması haqqında tələbələrə məlumat vermək idi.
|
|
16.11.2022 | 17:04 | |
|
|
|