2023-2024-cü tədris ili üzrə Macarıstanda təhsil

Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramı (HTP) elan edir.

 

Təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2023-cü il saat 23:59-a kimi aparılacaq. 

 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmağınız mümkündür.

 

 



16.11.2022 | 11:15