UFAZ-ın magistraturalarına qəbulun birinci mərhələsi başlayıb | |
Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistraturalarına qəbulun birinci mərhələsi başlayıb.
Universitetdən bildirilib ki, UFAZ-ın magistraturalarına yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş imtahan zamanı 50 - dən yuxarı (100 bal üzrə) bal toplayan və UFAZ-a qəbulun birinci və ya ikinci turunda şərti təklif almış tələbələr qəbul oluna bilərlər.
Qəbul Azərbaycanın bütün bakalavr məzunları üçün açıqdır. Azərbaycan və rus bölmələrindən olan namizədlər IELTS 6.5/80 və TOEFL sertifikatı təqdim etməlidirlər. Bakalavr təhsilini ingilis dilində oxumuş namizədlər oxuduqları universitetlərdən arayış təqdim etməlidirlər.
Qəbul edilən 80 tələbənin hamısına UFAZ-da dövlət sifarişli yerlər təklif olunur.
Yoxlama prosedurunda tələb olunan sənədlər:
1-ci qəbul mərhələsi: Faylların onlayn qeydiyyatı və təqdim edilməsi: 5 noyabr 2022 - 30 yanvar 2023
Nəticələrin elanı: 15 fevral 2023-cü il
2-ci qəbul mərhələsi: Onlayn qeydiyyat və faylların təqdim edilməsi: 1 aprel - 30 aprel 2023-cü il
Nəticələrin elanı: 15 may 2023-cü il
Qeydiyyat: https://admission.ufaz.az/az/
|
|
16.11.2022 | 10:21 | |
|
|
|