Asiyanın ən güclü universitetləri

Böyük Britaniyanın “QS World University Rankings”  nəşri Asiyanın ən güclü ali təhsil müəssisələrinin 2023-cü il üzrə reytinqini (QS Asia University Rankings) açıqlayıb. Asiyanın 760 universitetinin yer aldığı reytinq əvvəlki tədqiqatlardan genişliyi ilə fərqlənir və ən böyük sıralama hesab olunur. Pekin Universiteti bu il birinci,  ötən ilin lideri olan  Sinqapur Milli Universiteti isə ikinci yeri tutur. İlk onluğun qalan hissəsi Şərqi və Cənub-Şərqi Asiyadan, o cümlədən Malayziyadan, materik Çindən və Cənubi Koreyadan müxtəlif  ali məktəblərlə əhatə olunmuşdur.

 

Reytinq üçün istifadə olunmuş metodologiya “QS World Universty Rankings®”  üçün istifadə olunan metodologiyaya bənzəyir, lakin bəzi əlavə göstəricilər və uyğunlaşdırılmış çəkilər nəzərə alınıb. Regional ekspertlər və maraqlı tərəflərlə məsləhətləşmə əsasında hazırlanmış bu meyarlar toplusu mövcud məlumatların maksimum mümkün həcmi əsasında Asiyadakı universitetlərin əsas prioritetlərini əks etdirmək məqsədi daşıyır.

 

“Asia University Rankings QS”  reytinqini tərtib etmək üçün istifadə olunan 11 göstərici aşağıdakılardır:

 

Akademik nüfuz (30%)

Bu, hər il QS tərəfindən aparılan böyük qlobal alim sorğusunun məlumatlarından istifadə etməklə qiymətləndirilir. Elm adamlarının öz fənn sahəsindəki ən yaxşı universitetləri müəyyənləşdirməyə dəvət edildiyi bu sorğunun nəticələri, QS dünya universitetləri reytinqləri və QS dünya universitetləri fənn sıralamaları da daxil olmaqla QS tərəfindən hazırlanan digər reytinqlərdə və hesabatlarda nəzərə alınır. Məqsəd beynəlxalq akademik cəmiyyətdə hansı universitetlərin ən böyük nüfuza sahib olduğu barədə rəy toplamaqdır.

 

İşəgötürənlər arasında nüfuzu (20%)

Bu qiymətləndirmənin məqsədi işəgötürənlər tərəfindən ən keyfiyyətli məzunların hazırlandığı universitetləri müəyyənləşdirməkdir. Sorğunun nəticələri bugünkü abituriyentlər və universitet məzunları üçün məşğulluq və karyera perspektivlərinin əhəmiyyətini əks etdirən bir sıra digər QS tədqiqat layihələrini məlumatlandırmaq üçün istifadə olunur.

 

Müəllim - tələbə nisbəti (10%)

Bu göstərici ştatlı akademik işçilərin bir tələbə üçün nisbətini qiymətləndirməyə imkan verir. Məqsəd, tələbələrin bir qurumda nə qədər ünsiyyət və akademik dəstək gözləyə biləcəyi barədə bir fikir yürütməkdir. 

 

Beynəlxalq tədqiqat şəbəkəsi (10%)

Scopus tərəfindən verilən məlumatlardan istifadə edərək, bu göstərici qiymətləndirilən hər bir qurum üçün tədqiqat əməkdaşlığı baxımından beynəlxalq açıqlıq dərəcəsini qiymətləndirir. Bu göstərici qurumun dünyanın müxtəlif yerlərindəki digər qurumlarla elmi tədqiqat əməkdaşlığının müxtəlifliyi barədə məlumat verir.

 

Məqaləyə olan sitatlar (10%) və fakültəyə düşən məqalələrin sayı (5%)

Bu göstəricilərin hər ikisi Scopus-un elmi nəşrlər və sitatların bazasından verilən məlumatlardan istifadə etməklə qiymətləndirilir. Birincisi, hər bir müəssisənin tədqiqat ictimaiyyətinə göstərdiyi təsir haqqında rəy vermək üçün dərc olunmuş tədqiqat məqaləsinə istinadların sayını qiymətləndirir.  İkincisi isə bir müəllim üçün nəşr olunmuş tədqiqat işlərinin sayını qiymətləndirir. Bu, universitetin ümumi tədqiqat məhsuldarlığı haqqında fikir yürüdür.

 

Fəlsəfə doktoru dərəcəsi olan işçilər (5%)

Bu göstərici fəlsəfə doktoru elmi dərəcəsi almış akademik işçilərin sayını qiymətləndirməyə imkan verir. Bu, professor-müəllim heyətinin və tələbənin nisbət göstəricisini tamamlayır, məqsədi müəssisənin yüksək keyfiyyətli tədrisə sadiqliyinin  göstəricilərini təmin etməkdir.

 

Xarici müəllimlərin sayı (2,5%) və əcnəbi tələbələrin sayı  (2,5%)

Son dörd göstərici hər bir universitetin nə qədər “beynəlxalq” olduğunu qiymətləndirməyə yönəlib, həm Asiyadakı universitetlər, həm də dünyanın bütün bölgələri üçün beynəlmiləlləşmənin əsas prioritet olduğunu əks etdirir. QS World University Rankings reytinqində də istifadə olunan bu iki göstərici universitetdə “beynəlxalq” kimi təsnif olunan işçilərin və tələbələrin sayını qiymətləndirir.

 

Mübadilə üzrə gələn tələbələrin  (2,5%) və xaricə  səfər  edən tələbələrin sayı (2,5%)

 

Qlobal reytinqdə istifadə edilməyən bu son iki göstərici Asiya universitetlərində beynəlmiləlləşmə fəaliyyəti haqqında əlavə məlumat verir, hər müəssisəyə daxil olan və gedən tələbə mübadiləsi proqramlarının nisbi həcmini qiymətləndirir.

 

Rey-tinq

Ali təhsil müəssisəsi

Ölkə

Topladığı bal

1.

Peking University 

Çin

100

2.

National University of Singapore (NUS) 

Sinqapur

97.4

3.

Tsinghua University 

Çin

97.3

4.

The University of Hong Kong  

Honkonq

96.8

5 .

Nanyang Technological University

Sinqapur

96.7

6.

Fudan University

Çin 

 96.3   

=6.

Zhejiang University

Çin

96.3

8.

KAIST - Korea Advanced Institute of Science & Technology

Koreya

93.4

9.

University of Malaya  

Malayziya

92.6

10.

Shanghai Jiao Tong University 

Çin

92.2

11.

The University of Tokyo

Yaponiya

91.9

=12.

The Chinese University of Hong Kong

Honkonq

91.4

=12.

Yonsei University 

Koreya

91.4

14.

The Hong Kong University of Science and Technology 

Honkonq

91.1

15.

Korea University

Koreya

90.5

16.

Kyoto University 

Yaponiya

90.1

17.

Seoul National University

Koreya

89.5

18.

Sungkyunkwan University (SKKU) 

Koreya

 87.9

19.

National Taiwan University (NTU) 

Tayvan

  87.4

20.

Tokyo Institute of Technology

Yaponiya

86

21.

Osaka University

Yaponiya

85.7

22.

Tohoku University 

Yaponiya

85.5

23.

City University of Hong Kong

Honkonq

84.8

=24.

Hanyang University

Koreya

82.8

=24.

Pohang University of Science And Technology

 Koreya

82.8

26.

The Hong Kong Polytechnic University

 Honkonq

81.6

27.

Universiti Putra Malaysia

Malyaziya

81.2

28.

Nagoya University 

Yaponiya

77.6

29.

Hokkaido University 

Yaponiya

76.7

30.

National University of Malaysia

Malayziya

76.3

31.

Kyushu University 

Yaponiya

75.7

32.

University of Science Malaysia

Malayziya

73.3

33.

Nanjing University 

Çin

 73.2

34.

University of Science and Technology of China

Çin

73

35.

Wuhan University 

Çin 

72

36.

National Cheng Kung University

Tayvan

71.7

37.

Chulalongkorn University 

Tayland

70.1

38.

National Tsing Hua University

Tayvan

69.5

39.

University of Technology Malaysia

Malayziya

68.8

40.

Indian Institute of Technology

Hindistan

68.7

41.

Waseda University

Yaponiya

68.6

42.

Kyung Hee University   

Koreya

67.7

43.

National Yang Ming Chiao Tung University

Tayvan

66.8

44.

Al-Farabi Kazakh National University

Qazaxıstan

66.1

45.

Keio University  

Yaponiya

66

46.

Indian Institute of Technology

Hindistan

64.9

47.

Mahidol University

Tayland

64.8

48.

Sun Yat-sen University 

Çin

64.4

=49.

Taylor's University

Malayziya

62.2

=49.

University of  Indonesia

İndoneziya

62.2

51.

Tongji University Shanghai

Çin

62

52.

Indian Institute of Science 

Hindistan

59.4

53.

Indian Institute of Technology Madras

Hindistan

59

54.

University of Tsukuba 

Yaponiya

58.9

55.

Huazhong University of Science and Technology  

Çin

57.9

56.

Gadjah Mada University

İndoneziya

57.4

57.

Beijing Normal University 

Çin

57.3

58.

Xi'an Jiaotong University 

Çin

56.5

=59.

Harbin Institute of Technology 

Çin

55.8

=59.

National Taiwan University of Science and Technology  

Tayvan

55.8

61.

Indian Institute of Technology Kharagpur

Hindistan

55.4

62.

Ewha Womans University 

Koreya

55.1

63.

Bandung Institute of Technology

İndoneziya

54.8

64.

Chung-Ang University (CAU)  

Koreya

53

65.

Tianjin University

Koreya

52.7

66.

Indian Institute of Technology Kanpur

Hindistan

52.4

67.

National University of Sciences And Technology (NUST

Pakistan

51.9

=68.

Hong Kong Baptist University

Honkonq

51.1

=68.

PETRONAS University of Technology

Malayziya

51.1

70.

National Taiwan Normal University

Tayvan

51

71.

University of Brunei Darussalam

Bruney Respublikası

50.8

72.

UCSI University 

Malayziya

50.5

=73.

Kobe University 

Yaponiya

50.4

=73.

National Taipei University of Technology

Tayvan

50.4

75.

Renmin (People's) University of China

Çin

50

=76.

Southern University of Science and Technology

Çin

48.5

=76.

Ulsan National Institute of Science and Technology

Koreya

48.5

=76.

Xiamen University  

Çin

48.5

79.    

Sejong University 

Koreya

48.3

=80.   

National Sun Yat-sen University 

Tayvan

47.8

80.

University of Chinese Academy of Sciences (UCAS)

Çin

47.8

=81.

Airlangga University

İndoneziya

47.5

=81.

Shanghai University

Çin

47.5

82.

Sogang University 

Koreya

47.5

84.

Sharif University of Technology

İran

47.2

=85.

Shandong University 

Çin

47.1

=85.

University of Delhi  

Hindistan

47.1

=87.

Hiroshima University

Yaponiya

47

=87.

Jilin University Changchun

Çin

47

=87.

University of the Philippines

Filippin

47

90.

East China Normal University 

Çin

46.8

91.

Kyungpook National University 

Koreya

46.7

=92.

University of Tehran

İran

46.3

94.

Gwangju Institute of Science and Technology

Koreya

45.8

95.

Quaid-i-Azam University

Pakistan

45.6

96.

L.N.Gumilyov Eurasian National University

Qazaxıstan

45.3

97.

Taipei Medical University 

Tayvan

44.4

98.

DGIST 

Koreya

44

98. 

Nankai University 

Çin

43.9

=99.  

Beijing Institute of Technology 

Çin

43.7

 

Oruc MUSTAFAYEV

 

 

 



11.11.2022 | 10:40