“Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması” layihəsi təqdim olunub

Bakı şəhəri 306 nömrəli məktəbin akt zalında “Məktəbin icma quruculuğunda səriştə modelinin yaradılması” layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə layihə təşkilatçıları, şagirdlər və valideynlər,  digər qonaqlar iştirak ediblər.

 

Layihə tənqidi düşüncəyə malik, təşəbbüskar və sosial-aktiv vətəndaşların yetişdirilməsinə töhfə vermək, şagirdlərin aktiv və məsuliyyətli vətəndaşlıq, sosial məsuliyyət barədə biliklərini artırmaq, onları ideya formalaşdırılması, kiçik ölçülü layihə yazılması və icra olunması barədə praktiki bacarıqlara yiyələndirmək, məktəbin sosial fəaliyyətlər üzrə strategiyasını formalaşdırmaq və cəmiyyətin sosial inkişafını artırmaq kimi məqsədləri ehtiva edir.

 

Tədbirdə çıxış edən layihə rəhbəri Rəsmiyyə Bayramova iştirakçılara layihə haqqında ətraflı məlumat verib və uşaqlara uğurlar arzulayıb. Təlimçi Asiman Qocayev isə təlimin gedişatı ilə bağlı texniki məsələləri təlimin gələcək iştirakçıları ilə müzakirə edib.

 

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 



05.11.2022 | 15:23