Vətəndaşlıq əldə etmək istəyənlər üçün müsahibələr

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxslərin Azərbaycan dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə müsahibələr təşkil olunub.

 
Müvafiq dövr ərzində müsahibələrdə iştirak məqsədilə 660 yazılı müraciət qeydə alınıb. Müsahibəyə dəvət olunan 575 nəfərdən 548-i  “məqbul” nəticə əldə edib və arayışla təmin edilib.  


Müsahibə prosesi Azərbaycan Respublikası Təhsil İnstitutu əməkdaşlarının, eyni zamanda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası üzvlərinin ictimai əsaslarla dəstəyi ilə həyata keçirilir. 


Qeyd edək ki, Azərbaycan dilini bilmə səviyyəsinin yoxlanılması ərizəçinin danışma, oxu və yazı bacarıqları əsasında aparılır.  

 

 



04.11.2022 | 11:36