“44 Günün izi ilə”

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “44 Günün izi ilə” adlı görüş keçirilib.

 

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə şöbə müdiri Turan Kərimli çıxış edərək, qonaqları, görüş  iştirakçılarını salamlayıb və məqsədin Şanlı Zəfər tarixinin müxtəlif aspektlərini prosesin iştirakçısı olan hərbçilərin və jurnalistlərin dilindən dinləmək olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə Birinci Qarabağ və Vətən müharibəsini özündə əks etdirən videoçarxlar nümayiş olunub.

 

Vətən müharibəsi qaziləri, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyyatda olan zabitləri- kapitan Şamxal Ağayev,  baş leytenant Elsevər Ağayev və 44 günlük savaşda cəbhədə fəaliyyət göstərən tanınmış jurnalistlərdən İctimai Televiziyanın  əməkdaşı Xanlar Mehdiyev tələbələrin suallarını cavablandırıb.  Xüsusi təyinatlılar Şuşaya qədər uzanan döyüş yollarından danışaraq, Azərbaycan xalqının ordunun arxasında dayanmasının, hər kəsin dəmir yumruq kimi birləşməsinin qələbəmizi şərtləndirən vacib amil olduğunu qeyd ediblər.

 

 



01.11.2022 | 14:14