Rumıniyanın Timişoara şəhərində yerləşən I Kral Mihai adına Təbiət Elmləri Universitetinin nümayəndələri professor Ökrös Adalbert və professor Florin-Vasile Prunar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Qonaqlarla görüşən universitetin rektor əvəzi Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirib ki, ADAU ilə Rumıniyanın Təbiət Elmləri Universiteti arasındakı sıx əməkdaşlıq əlaqələri daha da inkişaf etməkdədir.
Çıxış edən Ökrös Adalbert və Florin-Vasile Prunar təmsil etdikləri universitetin fəaliyyətindən danışıb. Bildirilib ki, Aqrar Universitetdə yaradılan laboratoriyalar, müasir avadanlıqlar və təcrübə imkanları kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması üçün münbit şərait yaradır.
Sonra birgə tədqiqat işlərinin aparılması, müəllim-tələbə mübadiləsi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
|