ATU-nun klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün aksiya başlayıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün aksiyaya start verilib.

 

ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərovun özlərinə görə, aksiya çərçivəsində şəhid və qazi ailələrinin üzvlərinin ödənişsiz stomatoloji müayinələri və müalicəsi aparılır: “Klinikanın tədris bazasında həkimlərimiz tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə lazımi tibbi xidmətlər göstərilir. Aksiya çərçivəsində pulsuz müayinələrlə yanaşı, xəstələrə hər növ stomatoloji yardım göstərilir – dişlərin kompüter tomoqrafiyası, plomb qoyulması, müalicəsi, dişin çıxarılması kimi bütün stomatoloji prosedurlar aparılır. Kollektivimiz müharibə qəhrəmanları və onların ailə üzvlərinin tibbi problemlərinə daim diqqət və qayğı ilə yanaşır”.

 

Məlumat üçün bildirək ki, stomatoloji aksiya 2 həftə davam edəcək.

 

 



28.10.2022 | 13:03