LDU-da Təhsil Tələbə Krediti Fondu ilə birgə maarifləndirici tədbir | |
Lənkəran Dövlət Universitetində (LDU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) rəsmi şəxslərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Universitet tələbələrini, xüsusən də I kursda təhsil alanları fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq məqsədi daşıyan tədbiri LDU-nun ümumi işlər üzrə prorektoru Novruz Həsənquliyev açıb. Bildirib ki, fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. O, çıxışında TTKF-nin tələbələr üçün yaratdığı imkanlar, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini I kurs tələbələrinin diqqətinə çatdırıb.
Fondun İdarə Heyətinin sədri Araz Paşayev tədbirdə geniş təqdimatla çıxış edib. O, fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, güzəştli kredit ali təhsili cəmiyyətin bütün təbəqələri üçün əlçatan edir, aztəminatlı ailələrin üzərinə düşən yükü azaldır, ödənişli əsaslarla oxuyan tələbələrin təhsil maraqlarının qarşılanmasına xidmət edir.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
|
|
27.10.2022 | 17:51 | |
|
|
|