Nazir Bərdədə vətəndaşları qəbul edib | |
Oktyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları və Şuşa şəhərində qeydiyyatda olan sakinləri qəbul edib. Qəbulda qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
|
|
27.10.2022 | 16:46 | |
|
|
|