“Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərs | |
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Namazovanın “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərsi keçirilib.
Açıq dərsdə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, fakültənin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, fakültənin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədova, baş müəllimlər Könül Məmmədova, Aytən Muşkiyeva, baş laborantlar Günay İsmayılova və Elnurə Tağıyeva iştirak ediblər.
Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbələri üçün keçirilən açıq dərsdə dosent Səba Namazova çıxış edərək bildirib ki, Azərbaycan Cümhuriyyəti dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və teatrı olub. Sözügedən yaradıcılıq sahələrinin hər birində milli rəmzi elementləri ifadə edən bədii nümunələrə üstünlük verilib:”Əfsuslar olsun ki, o zamanlar uzun müddət mətbuatın və həmin dövrdə yazıb-yaratmış bir sıra ziyalıların milli ruhu oyatmağa yönəlmiş fəaliyyətlərinin üzərindən xətt çəkilərək Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və başqa bu kimi ədiblərin demək olar ki, əsərlərinin bütün nəşrlərində bədii irsləri tam halda əksini tapmayıb. Azərbaycanın istiqlalına qovuşduğu dönəmlərdə daha çox gərək olan həmin bədii mətnlər illər boyu yasaq edilərək xalqdan gizlədilib”.
Açıq dərsdə tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
|
|
26.10.2022 | 15:18 | |
|
|
|