Xarici tələbələrə Azərbaycandakı multikultural mühit barədə məlumat verilib | |
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Təhsil şöbəsinin müdiri İrina Kunina Azərbaycan Diplomatik Akademiyasında (ADA) tələbə konfransında iştirak edib.
ADA-nın Topçubaşov adına Təqaüdçülər Klubunun təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan əcnəbi tələbələr iştirak ediblər. İ.Kunina konfrans iştirakçıralarına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, bütövlükdə, Azərbaycanda multikulturalizm modeli haqqında ətraflı məlumat verib. O, Azərbaycandakı multikultural və tolerant mühit, mövcud milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük və çoxkonfessiyalılıq, eləcə də, Azərbaycan multikulturalizm modelinin əsas xüsusiyyətləri, iş mexanizmi və prinsipləri haqda danışıb.
İ.Kunina sonda təlim iştirakçılarının suallarını cavablandırıb.
|
|
26.10.2022 | 13:11 | |
|
|
|