Dünyanın ən yaxşı universitetləri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Böyük Britaniyanın "Times Higher Education" nəşri dünyanın ən yaxşı universitetlərinin 2023-cü il üzrə reytinq sıralamasını (World University Rankings 2023) dərc edib. Builki reytinq 104 ölkədən 1799 ali təhsil müəssisəsini əhatə edir ki, bu da bu günə qədərki anoloji tədqiqatların ən böyüyüdür. Reytinq təhsil müəssisəsinin dörd sahədə effektivliyini ölçən 13 dəqiqləşdirilmiş indikatora əsaslanır: tədris, tədqiqat, biliklərin ötürülməsi və beynəlxalq perspektivlər.
Bu ilin reytinqində 15,5 milyondan çox elmi tədqiqat nəşrindən 15,5 milyondan çox sitat təhlil edilib və bütün dünyada 40000 alimin sorğu əsasında əldə olunmuş cavablarından istifadə olunub. Ümumiyyətlə, məlumatları təqdim edən 680 mindən çox müəssisədən 2500-dən çox məlumat toplanılıb. Tələbələr, müəllimlər, hökumətlər və sənaye ekspertləri tərəfindən bütün dünyada etibar edilən reytinq bu il ali təhsilin qlobal mənzərəsinin necə dəyişdiyini göstərir.
Oksford Universiteti reytinqə ardıcıl olaraq yeddinci ildir rəhbərlik edir. Harvard Universiteti ikinci yerdə qalır, amma Kembric Universiteti keçən ilki beşinci yerdən üçüncü yerə yüksəlib.
ABŞ 177 ali təhsil müəssisəsi ilə, ümumilikdə reytinqdə ən çox təmsil olunan ölkədir və top- 200 -lükdə Birləşmiş Ştatların 58 universiteti yer alıb. Çin indi top-200-lükdə 11 universitetlə (ötən il 10) təmsil olunur və ali təhsil müəssisələrinin sayına görə dördüncü yeri tutur. Bununla da Çin Niderlandla birlikdə beşinci yerə düşən Avstraliyanı geridə qoyur. Beş ölkə reytinqə ilk dəfə daxil olur – onların hamısı Afrikadadır (Zambiya, Namibiya, Mozambik, Zimbabve və Mavrikiyadır). Ümumilikdə daha 526 universitet "reportyor" statusu ilə sıralamaya daxil olub. Nəşrin arayışında bildirilir ki, bu ali məktəblər öz məlumatlarını nəşrə göndərsələr də, qlobal sıralamada yer almaq üüçn tələb olunan şərtlərə uyğun gəlmədiklərindən reytinqin əsas sıralamasına daxil edilməyiblər və yekun cədvəldə bir reportyor kimi göstərilməsinə razılıq veriblər.
THE-nin elmi redaktoru Fil Beti reytinqin nəticələrini şərh edərək qeyd edir ki, biliklərin geosiyasi mənzərəsi dəyişir. Belə ki, "Times Higher Education"nun dünya universitetlərinin sayca 19-cu illik reytinqi sürətlənmə tendensiyasını nümayiş etdirir: ABŞ-ın dünyanın ən yaxşı 100 universitetində payı azalır, Çinin başçılıq etdiyi Şərqi Asiya ölkələrinin və Yaxın Şərqdəki universitetlərin payı isə yüksəlir. Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rànkings/2023/world-ranking səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
25.10.2022 | 13:58 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|