BMU-da icbari tibbi sığorta üzrə maarifləndirmə tədbiri təşkil olunub | |
Bakı Mühəndislik Universitetində (BMU) icbari tibbi sığortanın təbliği, bu sahədə əhalinin maarifləndirilməsi çərçivəsində növbəti tədbir keçirilib.
Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Fuad Bayramov geniş təqdimatla çıxış edib. Təqdimat zamanı icbari tibbi sığorta sisteminin məqsədi, sistemdən istifadə qaydaları, müraciət formaları, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, eləcə də bu xidmətlərin həyata keçirildiyi tibb müəssisələri və s. haqda tədbir iştirakçılarına məlumatlar verilib.
İcbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlər toplusundan ətraflı danışan F.Bayramov icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə təqdim olunan Xidmətlər Zərfində hazırda 2550 tibbi xidmətin yer aldığını, bu sayın tədricən 3000-ə çatdırılacağını bildirib.
Təqdimatdan sonra tədbir sual-cavab sessiyası ilə işini davam etdirib.
|
|
18.10.2022 | 16:35 | |
|
|
|