Əhməd Cavadın 130 illik yubileyi ilə bağlı əmr imzalanıb | |
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.
Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, konfranslar, seminarlar, müsabiqələr, ədəbi-bədii gecələr, “Açıq dərs”lər, “Dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.
Həmçinin görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunan təqdimatların keçirilməsi, fotostendlərin hazırlanması, şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkili də planlaşdırılır.
Qeyd edək ki, “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Elm və Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında məktəbliləri məlumatlandırmaq əsas məqsədlərdəndir.
|
|
13.10.2022 | 13:25 | |
|
|
|