Cadenza orkestri ali məktəbdə konsert proqramı ilə çıxış edib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Cadenza orkestrinin (Cadenza Contemporary Orchestra) tələbələrlə interaktiv konsert-görüşü keçirilib.
Konsertdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konsert proqramında iştirakçılara Volfqanq Amadeus Mozartın “ Kiçik bir axşam musiqisi”, Qara Qarayevin “Qızların rəqsi”, Alfred Şnitkenin “Tango”, Ərtoğrol Cavidin “Çal, oyna!”, “Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”, Xəyyam Mirzəzadənin “Miniatürlər”, Dmitri Şostakoviçin “Vals-zarafat”, Üzeyir Hacıbəylinin “Cəngi”əsərləri ifa olunub.
Orkestrin müxtəlif əsərləri birləşdirərək ərsəyə gətirdiyi proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Professor M.Babanlı konsert proqramına görə Cadenza orkestrina təşəkkürünü bildirib və belə görüşlərin təkrarlanacağına ümidvar olduğunu deyib.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan Cadenza orkestri bu günə qədər 11 konsert keçirib və bu konsertlərdə əksəriyyəti ilk ifa olmaqla, 50-dən çox əsər səslənib. 12 aprel 2022-ci il tarixində Cadenza orkestri yeni layihəyə start verib. Layihə çərçivəsində 12 aprel tarixindən etibarən 33 orta təhsil məktəbində interaktiv konsert-görüşlər keçirilib. Ali təhsil müəssisələri arasında isə ilk interaktiv konsert ADNSU-da baş tutub.
|
|
12.10.2022 | 18:00 | |
|
|
|