ADPU-da Vətən müharibəsinə həsr edilmiş konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azadlıq Hərakatçıları İctimai Birliyinin (AH İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində tarixi Qələbənin ikinci ildönümünə həsr edilmiş konfrans keçirilib.

 

Konfransı açan birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzov erməni faşizmi üzərində zəfərimizin ən mühüm aspektləri haqqında məlumat verib.

 

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev qeyd edib ki, şəhid ailələri və qazilərlə müntəzəm görüşlərin keçirilməsi gənclərimiz üçün mühüm mənəvi əhəmiyyət daşıyır və qəhrəman şəhid, eləcə də qazilərimizin hər birinin həyat yolu tələbə gənclər üçün nümunədir.

 

Prorektot qeyd edib ki, Pedaqoji Universitet rəhbərliyi qazi tələbələr və universitetin Vətən müharibəsində şəhid olmuş 13 məzununun ailəsi ilə daim əlaqə saxlayır və onların gənclərə tanıdılması, qayğılarının həlli  istiqamətində addımlar atır.

 

Konfransda çıxış edən şəhid anaları  Aytəkin Nağıyeva, Sevil Hüseynova, Naibə Mütəllimzadə, Mətanət Məhərrəmova, Vətən müharibəsi qaziləri Fəqan Niftəliyev, Çingiz Abdullayev, QHT sədri Elnarə Abbasova, kinq-boks üzrə baş məşqçi Əli Cəfərov, universitetin tələbələrindən Lalə Əsgərova, Ulduz Əsgərova, Nəzrin Abışzadə və başqaları 2020-ci ilin payızında və sonrakı əməliyyatlarda erməni faşizminə vurulan ağır mənəvi və hərbi zərbələrdən, şəhidlərin, qazilərin tarixə həkk olunan misilsiz şücaətlərindən söz açıblar.

 

 



12.10.2022 | 17:29