ADPU Qazaxıstanda beynəlxalq tərəfdaşlıq proqramında iştirak edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Müsəlman Dünyası ilə Ali Təhsil Dialoqu" proqramı çərçivəsində  Qazaxıstan Milli Pedaqoji Universiteti (KazNPU) ilə "Pedaqoji Peşəkarlıq ve Beynəlmiləlləşmə" adlı layihədə tərəfdaşlıq edir.                                                                                  

ADPU-nun 6 nəfərdən ibarət nümayəndə heyəti bu məqsədlə  “Pedagogical Professionalism and Internationalisation – Dialogue with the Post Soviet Islamic Education Space” proqramı çərçivəsində 5 – 13 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində səfərdədir. Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilən layihə Almaniyanın FAU, Qazaxıstan Milli Pedaqoji Universiteti (Abay Universiteti) və ADPU arasında elmi-mədəni dialoq xarakteri daşıyır.  

                                                                                     

2020-2021-ci tədris ilindən icrasına başlanılan 3 illik layihə çərçivəsində ilk səfər 2022-ci ilin 24-31 may tarixlərində Almaniyanın Nürnberq şəhərində baş tutub. Layihənin ikinci səfəri üçün proqrama isə artıq iyul ayından qərar verilib. ADPU-nu bu dialoqda Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva, mərkəzin müəllimləri- Mirvari Qasımova, Jalə Səmədova, Təhsilin təşkili və idarə olunması ixtisasının magistrantı Gülnar Mirhüseynova, filologiya fakültəsinin İngilis dili müəllimliyi ixtisasının tələbəsi Nəzakət Əliyarova, ibtidai təhsil fakültəsinin tələbəsi Səbinə Tağıyeva təmsil edir. Təmsilçilər beynəlmiləlləşmə, beynəlxalq təhsil mövzularında keçirilən seminarlarda iştirak edir və təqdimatlar hazırlayaraq 3 ölkənin nümayəndələri ilə müzakirələr aparırlar.

 



12.10.2022 | 15:13