Azİİ e-Kitab Evinin bir neçə qurumun kitab evi ilə əməkdaşlığının əsası qoyulub | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakına görə Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.
ADNSU-dan bildirilib ki, 5 gün davam edən kitab sərgisində 70 adda maraqlı eksponatla təmsil olunan Azİİ e-Kitab Evinin kitab fonduna bir çox təşkilatlar tərəfindən kitablar hədiyyə olunub. Bundan əlavə, bir neçə kitabxana ilə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Kitab evi, həmçinin Paşa Həyat və İrs nəşriyyat evi ilə əməkdaşlığın əsası qoyulub.
|
|
12.10.2022 | 11:12 | |
|
|
|