Dünya Gimnastika Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyi və Azərbaycan Gimnastika Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində ümumi təhsil müəssisələrində 1-5-ci sinif şagirdlərinin iştirakı ilə tədbirlər keçirilib.
4-10 oktyabr 2022-ci il tarixlərində 8, 18 və 12 nömrəli tam orta məktəblərdə məktəblilər və valideynlərin iştirakı ilə keçirilən tədbirlərdə Federasiyanın nümayəndələri tərəfindən gimnastika növləri ilə bağlı maarifləndirici video-təqdimat göstərilmiş, gimnastikanın əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, təhsilalanların fiziki inkişafının təmin edilməsi, onların sağlam, psixoloji dayanıqlı olmaları, ayrı-ayrı idman növlərinə olan bilik və marağının artırılması, eyni zamanda sağlam həyat tərzinin təbliği məqsədilə Nazirlik tərəfindən il ərzində müxtəlif idman federasiyaları ilə birgə məktəblilərin iştirakı ilə müvafiq idman növünə həsr olunmuş xüsusi günlərlə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
|