"Xoşbəxt məktəb mühiti”

İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbində  "Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi" çərçivəsində “Xoşbəxt məktəb mühiti” adlı layihənin ilk maarifləndirici seminarı keçirilib.

       

Seminarda məktəbin şagird və müəllim kollektivi iştirak edib. Layihə rəhbəri İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamov layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.       

 

Layihə üzrə təlimçi, psixoloq Adil İskəndərov mövzu ətrafında müzakirələr aparıb, dövrümüzün qlobal problemlərindən olan bullinq (qısnama) və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib, məktəbdə və ailədə bu cür halların aradan qaldırılması yollarından söz açıb.

 

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.  

 

 



11.10.2022 | 16:13