“Oktyabrın 25-də ikinci Günəş tutulması hadisəsi baş verəcək”

2022-ci il oktyabrın 25-də ikinci Günəş tutulması hadisəsi  baş verəcək.

 

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:58:21-də başlayacaq və 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq. Tutulma hadisəsi 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək. Bu tutulma hadisəsi Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq. 

 

Hadisə Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.

 

 



10.10.2022 | 17:19