Coğrafiya dərslərinin tədrisində interaktiv təlim metodlarından istifadə | |
Dünya təcrübəsi göstərir ki, interaktiv təlim metodu dərsin keyfiyyətini artırmaqda güclü vasitədir. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. İnteraktiv təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. İnteraktiv təlimin tətbiq edilməsi təhsil islahatının əsas məqsədlərindən biridir. Bu təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin, yaradıcılığın formalaşdırılmasına şərait yaradır. “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında” göstərilən demokratikləşdirmə, humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşdirmə və inteqrasiya prinsiplərini həyata keçirməyə imkan verir.
VI sinif üçün nəzərdə tutulmuş coğrafiya dərsliyində yeni coğrafiya fənn proqramı məzmununa daxil olan bütün məzmun standartları reallaşdırılmışdır.
Mövzu: “Yerin su və quru səthi” Alt standart 2.1.5 Mən mövzunu keçərkən əvvəlcə dərsin məqsədini şagirdlərə açıqlayıram.
Dünya xəritəsində iri quru parçaları və nəhəng su sahələrinin yerləşməsinə diqqət yetirin. Sonra beyin həmləsi üsulu ilə motivasiya yaradıram. Sizcə bu halqalar nəyi əks etdirir? Bunun üçün plakat nümayiş etdirirəm. Sonra sinifdəki şagirdləri 4 qrupa bölürəm. Onlara ayrı-ayrılıqda aşağıdakı sualları verirəm: Materik nədir? Böyük su sahələri hansılardır? Həmçinin lövhədə BİBÖ üsulundan istifadə etməklə diaqram qururam. Mövzu barəsində əvvəlki biliklərinə dair sütunlarda siyahı tərtib etməyi tapşırıram.
Bilirik. Yer kürəsində ən böyük quru parçaları materiklər, ən böyük su sahələri okeanlar adlanır.
Materiklər: Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antraktidadır. Dünya okeanı 4 hissədən ibarətdir: Sakit, Atlantik, Hind, Şimal Buzlu. Sonra şagirdlərə bu mövzu ilə əlaqədar bilmək isdədiklərini 2-ci sütunda qeyd etməsini tapşırıram: Sahəsinə görə ən böyük materik Avrasiyadır. Dünyanın ən uca zirvəsi Comolunqma, ən böyük gölü Xəzər bu materikdədir. Ən kiçik materik Avstraliyadır. Avstraliya digər materiklərlə quru əlaqələrinə malik olmadığına görə özünə məxsus təbiətə malikdir. Afrika materiki 4 yarımkürədə yerləşir. Dünyanın ən böyük səhrası Böyük Səhra bu materikdədir. Odur ki, onların əlavə bilmək istədiklərini soruşuram. Sonra şagirdlərə mövzuya uyğun olaraq nəyi öyrəndiklərini bilmək üçün sualla müraciət edirəm. Antraktida materiki nə üçün fiziki xəritələrdə ağ rəngli verilmişdir? Materik və okeanları qruplaşdırın: Ekvatordan şimalda və cənubda yerləşən materiklər və okeanlar, ekvator xəttinin kəsdiyi materik və okeanlar. Cədvəli dəftərinizdə çəkin və tamamlayın. Beləliklə Yerin su və quru səthi haqqında müfəssəl məlumatlar ümumiləşdirilərək cədvəli tamamlayıram. Mətni oxuduqdan və əlavə vasitələrdə araşdırma apardıqdan sonra əldə olunmuş məlumatlar cədvəlin 3-cü sütununda qeyd olunur.
Bilirik. Yer kürəsində ən böyük quru parçaları materiklər, ən böyük su sahələri okeanlar adlanır.
Materiklər: Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Antraktidadır. Dünya okeanı 4 hissədən ibarətdir: Sakit, Atlantik, Hind, Şimal Buzlu.
İstəyirik bilək. Avrasiya materiki 2 hissəyə, Avropa və Asiya qitələrinə bölünür. Şimali və Cənubi Amerika isə bir Amerika qitəsindən ibarətdir. 6 materik və 6 qitə vardır. Onlar da Qədim və Yeni Dünyaya bölünür.
Öyrəndik. Yer kürəsində su səthi 71%, quru səthi isə 29%-i təşkil edir. Okeanlardan ən böyüyü Sakit, Materiklərdən ən böyüyü Avrasiyadır. Avrasiya, Şimali Amerika ekvatordan şimalda, Avstraliya, Cənubi Amerika, Antraktida ekvatordan cənubda, Afrika isə şimal və cənubda yerləşir.
Şagirdlər mövzu ilə bağlı əvvəlki biliklərini yeni əldə etdiyi biliklərlə müqayisə edirlər. Sonra qruplara öyrəndikləri məlumatlara uyğun iş vərəqləri təqdim edirəm:
İş vərəqi 1 1. Okeanları sahəsinə görə qruplaşdırın. 2. Okeanları nə üçün Dünya okeanı adlandırırlar?
İş vərəqi 2 1. Materikləri sahəsinə görə qruplaşdırın. 2. Ən böyük quru sahələrini nə adlandırırlar?
İş vərəqi 3 1. Ən böyük Sakit okeanı sahəsinə görə quru sahələri ilə müqayisə edin. 2. Ən kiçik materik hansıdır, əsas səciyyəvi cəhəti?
Tapşırıqlar yerinə yetirildikdən sonra qruplar iş vərəqlərini nümayiş etdirirlər, informasiya mübadiləsi aparırlar. Bu zaman digər qrup şagirdlərinə şərait yaratmaq lazımdır ki, onlara maraqlı gələn və eləcə də qaranlıq qalan məqamlar barədə qruplara sual verə bilsinlər.
Qiymətləndirmə apardıqdan sonra ev tapşırığı verərək dərsi yekunlaşdırıram.
Sadıq SADIQOV, Qəbələ rayonu, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, Əməkdar müəllim
|
|
08.10.2022 | 13:22 | |
|
|
|