Nazir "ASAN"da təhsil xidmətləri ilə tanış olub

Oktyabrın 7-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərində yerləşən 7 saylı "ASAN xidmət" Mərkəzində olub. 

 

Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Mərkəzdə elm və təhsil xidmətlərinin təqdimat prosesi ilə tanış olub. 

 

Bildirilib ki, Mərkəzdə təhsil sahəsində vətəndaş müraciətləri üzrə cari təhsil alanlar üçün elektron arayışlar, şagirdlərin elektron yerdəyişməsi, təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, təhsil tələbə kreditinə elektron müraciət, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu, məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı, ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu xidmətlərindən yararlanmaq mümkündür. 

 

Qeyd edilib ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri, 2 saylı Sumqayıt və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində vətəndaşlara elm və təhsil xidmətləri təqdim edilir. 

 

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

 

https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler

 

 



07.10.2022 | 18:51