Bakı Ali Neft Məktəbi 31 Prezident təqaüdçüsü ilə lider oldu | |
Bakı Ali Neft Məktəbi (BANM) 2022/2023-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu.
Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 31 nəfəri BANM-də təhsil alır. BANM-in Prezident təqaüdçülərindən 17 nəfəri İnformasiya təhlükəsizliyi, 12 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisaslarının tələbəsidir.
Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. BANM bu il də siyahıya liderlik edir. |
|
04.10.2022 | 16:12 | |
|
|
|