Gömrük orqanları ilə əməkdaşlıq etmək istəyən 20 nəfərin xarici dil bacarıqları qiymətləndirilib

Naxçıvan Dövlət Universitetində yaradılan  IELTS qeydiyyat və imtahan mərkəzində növbəti imtahan keçirilib.

        

General IELTS olaraq nəzərdə tutulan imtahanda gömrük orqanları ilə əməkdaşlıq etmək istəyən 20 nəfərin xarici dil bacarıqları qiymətləndirilib. İmtahanda oxuma və dinləmə prosesində sualların tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.

        

Qeyd edək ki, imtahanın keçirilməsində məqsəd sözügedən şəxslərin dil səviyyələrinin etibarlı bir imtahan vasitəsilə yoxlanılması olub.

        

Məlumat üçün onu da bildirək ki, mərkəz Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılıb, qeydiyyat və imtahan mərkəzi olaraq fəaliyyət göstərir. Mərkəz qısa  zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərməkdədir.

 



03.10.2022 | 16:49