“Qəlbim Qarabağdadır” adlı sərgi | |
Azərbaycanın Macarıstandakı səfirliyində ”Şuşa ili” çərçivəsində “Qəlbim Qarabağdadır” adlı tədbir keçirilib. Səfirliyin və “Arts Council Azerbaijan”ın təşkilatçılığı sayəsində baş tutan bu sərgidə dövlət qurumları, mətbuat nümayəndələri, ictimai-siyasi xadimlər, elmi və mədəni dairələrin təmsilçiləri, Macarıstandakı Azərbaycan diasporunun əməkdaşları, həmçinin Budapeştdə təhsil alan azərbaycanlı və əcnəbi tələbələr də iştirak ediblər. 70 nəfər qonağın iştirak etdiyi bu möhtəşəm tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə öncə ölkələrimiz arasında mövcud olan sıx strateji əməkdaşlığın tarixi əhəmiyyətindən və mədəniyyət əlaqələrimizin hər iki xalqı doğmalaşdırdığından bəhs edərək iştirakçıların diqqətini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə yönəldib. Bildirib ki, 30 il erməni faşistlərinin əsarətində qalan doğma Şuşamızın 44 günlük savaş nəticəsində düşmən caynağından geri alınması Azərbaycan ordusunun tarixi qələbəsidir.
Sonra “Şuşa ili” çərçivəsində “ Qəlbim Qarabağdadır” adlı sərgidə 8-15 yaşlı məktəblilərin Şuşaya və Qarabağa həsr olunan rəsmləri və klassik musiqi nömrələri nümayiş olunub.
Sifai SƏFƏROVA
|
|
03.10.2022 | 11:06 | |
|
|
|