“Təhsildə davamlı keyfiyyət təminatı” beynəlxalq konfransı | |
Sentyabrın 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Təhsildə davamlı keyfiyyət təminatı" adlı beynəlxalq konfransın açılış mərasimi baş tutub.
İki gün davam edəcək konfransın ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Hendrik Martijnse, Ali təhsil üzrə beynəlxalq ekspert, 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA) prezidenti olmuş Achim Hopbach, Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar.
Həmçinin təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb. Konfransın ikinci günü isə ali və ümumi təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər keçiriləcək.
|
|
29.09.2022 | 15:46 | |
|
|
|