“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi | |
Sentyabrın 28-də Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.
Müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.
Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14 yaş və 15-20 yaş) qrupunda və 2 mərhələdə keçirilir.
I mərhələ - 28 sentyabr-23 oktyabr 2022-ci il tarixlərində keçirilir. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron ünvanına göndərilməlidir;
II mərhələ - 24 oktyabr-28 oktyabr 2022-ci il tarixlərində keçirilir. Bu mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
Müsabiqənin qalibləri və fəal iştirakçılar “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin diplom və sertifikatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar (+994) 12 370 86 22 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.
|
|
28.09.2022 | 10:33 | |
|
|
|