Konfutsi İnstitutunda Çin rəssamlarının virtual sərgisi

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Xalq Respublikasının (ÇXP) yaranmasının 73-cü ildönümünün qeyd olunması münasibətilə “Çin rəssamlarının rəsm əsərlərində tarixi mövzu” adlı virtual sərgi keçirilib.

 

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ÇXR-in yaranmasının tarixi səbəblərindən və  bu  hadisənin  XX əsr dünya siyasi tarixində əhəmiyyətindən söhbət açıb. O, Çin Kommunist Partiyası və ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun ölkə tarixindəki rolunu xüsusi qeyd edib.

 

Sərgidə Çinin məşhur rəssamlarının Dong Xiwenin “Dövlət Quruluşunun elan edilməsi mərasimi”, Cai Liangın “15 avqust gecəsi”, Feng Fasinin “Jajinshan dağlarını keçmək”, Xu Houzhenin "Buradan partiya gəmisi yola düşdü", Yu Xinminin “Nanhu gölündə çiskinli yağış”, Li Binghongin "Yanan məşəlləri", Yang Zhiguanin "Yoldaş Mao Tszedun kəndli hərəkatının kurslarında", Dong Xiwenin "Qırmızı Ordu uzun bir yürüşdən qorxmur", Pan Henin "Çətin illər" və bir çox rəsm əsərləri nümayiş olunub.

 

Tədbirdə, həmçinin Pekinin Tyananmen meydanında 1949-cu ildə Çin Xalq Respublikasının yaradılmasının elan edilməsinə dair tarixi videoxronikanın kadrları nümayiş etdirilib.

 

 



26.09.2022 | 12:50