Türkiyəli professor Azərbaycan Tibb Universitetində | |
Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasının dəvəti ilə Türkiyənin Marmara Universitetinin Ailə həkimliyi kafedrasının professoru Mehmet Akmanın kafedranın əməkdaşları ilə görüşü keçirilib.
Görüşü kafedranın müdiri, professor İbrahim İsayev açaraq, Türkiyənin bir sıra universitetləri ilə ATU arasında imzalanmış müqavilələrə əsasən qarşılıqlı əlaqələrin genişləndiyini qeyd edib.
Professor Mehmet Akman Türkiyə universitetlərində Ailə həkimliyi kafedrasının yaranma tarixi və fəaliyyəti, eləcə də tələbələrə dərslərin keçirilməsi prosesi haqqında ətrraflı məlumat verib, kafedra əməkdaşları ilə fikir mübadiləsi aparıb. Görüşdə iki universitetin müvafiq kafedraları arasında qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
|
|
20.09.2022 | 11:23 | |
|
|
|