Fransada məktəb yaşı 3 yaşdan hesablanacaq | |
Fransa prezidenti Emmanuel Makron 2019-cu ildə 3 yaşı tamam olan bütün uşaqların icbari qaydada məktəbə getməsini nəzərdə tutan qanunu imzalayıb. Valideynlər bu yeniliyi narahatlıqla qarşılayıb, cəmiyyətdə bu islahatın müzakirəsi səngimir.
İbtidai sinif müəllimlərindən Anna Piy yeniliyə münasibətini belə bildirib: "Bizim təhsil mərkəzindən olan valideynlər, hansı ki, uşaqlarının 3 yaşı tamam olub, yeniliyə hazırdır. Lakin onlar narahatdırlar ki, yenilik uşaqları adət etdikləri uşaqlıq həyatından məhrum edəcək. Amma qorxmaq lazım deyil, kiçik siniflər üçün hazırlanmış proqram hazırda ölkənin bir çox məktəbəqədər təhsil müəssisələrində tətbiq edilən proqramlardan o qədər də fərqlənmir". Fransa hökuməti hesab edir ki, bu tədbir təhsildə geri qalan şagirdlərin sayını azaltmağa imkan verəcək. Məktəb yaşının 3-ə endirilməsi həm də müəllimlərin yükünü azaldacaq. Hazırda Fransada bir müəllimə 20-dən artıq şagird düşür, digər Avropa ölkələrində isə bu rəqəm 2 dəfə azdır.
Oruc MUSTAFAYEV
|
|
14.09.2018 | 14:39 | |
|
|
|