Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tura start verilir
Sentyabrın 14-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron sənəd qəbuluna başlanılır.
 
İkinci tura müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci turda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər.
 
Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə Azərbaycan bölməsində musiqi üzrə 30, fiziki tərbiyə üzrə 36, informatika və təsviri incəsənət üzrə 42, digər fənlər üzrə 48 bal, rus bölməsində isə fiziki tərbiyə üzrə 30, biologiya, coğrafiya, təsviri incəsənət, fizika, ibtidai sinif, kimya, musiqi, rus dili və ədəbiyyatı üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib.
 
Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu birinci turda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
 
Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 15-dək davam edəcək.


13.09.2018 | 18:21