“İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransı | |
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Elm və Təhsil Nazirliyinin və Türkiyənin Orta Doğu Texnik Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Universitetində keçirilən “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransında fəal iştirak edib.
Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tailand və İtaliyadan, ümumilikdə, 160 müəllifin 91 məqaləsinin daxil olduğu konfransın bölmə iclaslarında MDU-nun 10 əməkdaşının elmi məruzələri dinlənilib.
MDU-nun akademik heyət üzvlərindən A.Mustafayeva, E.İsrafilova, E.Əliyev, E.Xəlilov və G.Baxşiyevanın “Aqrar sektorlarda tətbiq olunan mobil platformaların UX dizaynı əsasında təhlili”, R.Əmiraslanovanın “Kompüter riyazi sistemlərinin tətbiqilə informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsini realizə edən qeyri-səlis modelin yaradılması”, A.Abdurrahmanova və Ş.Nəsirovanın “Veb-sistemlərdə insan-kompüter qarşılıqlı əlaqəsinin təmini vasitələri”, D.İslamova və N.Əhmədovanın “Müasir proqram tətbiqlərində istifadəçi interfeysi məmnunluğu problemlərinin təhlili” mövzularında təqdimatları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans çərçivəsində MDU təmsilçiləri sahə üzrə dünya şöhrətli alim - Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə insan-kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimatında da iştirak ediblər.
Konfransın yekununda MDU əməkdaşları müvafiq sertifikatlarla təltif olunub.
|
|
14.09.2022 | 17:06 | |
|
|
|