Yay məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

Azərbaycan Dillər Universitetinin (ADU) tərəfdaşlıq etdiyi yay məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

 

Qonaqları salamlayan BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycan reallıqları, eləcə də ölkəmizdəki tolerant  və multikultural mühit haqda geniş məlumat verib, mərkəzin fəaliyyəti və həyata keçirilən layihələr haqda danışıb. Tədbirdə BBMM-in Tədris şöbəsinin müdiri İrina Kunina iştirakçılara Azərbaycanın multikulturalizm modeli və onun xarici ölkələrdə tədrisi mövzusunda mühazirə təqdim edib.

 

Xatırladaq ki, Almaniya hökumətinin “Go East” proqramı çərçivəsində həyata keçirdiyi yay məktəbi layihəsi Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilir. Budəfəki yay məktəbində 11 alman, 11 azərbaycanlı tələbə iştirak edir. Layihə çərçivəsində iştirakçılar Azərbaycan gerçəklikləri ilə tanış olur, onlara Azərbaycan dili dərsləri, eləcə də Azərbaycan tarixi və mədəniyyəti mövzusunda mühazirələr təqdim edilir.

 

Yay məktəbi iştirakçılarını AAMX-nin (DAAD) ADU-dakı lektoru Mara-Lisa-Gezer müşayiət edir.

 

 



14.09.2022 | 12:16