İsveçdə fəaliyyət göstərən Qarabağ məktəbi yeni tədris ilinə hazırlaşır

İsveçdə fəaliyyət göstərən İsveç Azərbaycanlıları Birliyinin (SAF) rəhbərliyi və Stokholm şəhərində fəaliyyət göstərən Qarabağ məktəbi yeni tədris ilinə start verib.

 

SAF təşkilatının sədri Sevda Dadaşova bu münasibətlə uşaqlara, müəllimlərə və məktəbin idarə heyətinə 2022-2023-cü tədris ilində uğurlar arzulayıb, uşaqları bu ölkədə yüksək ali təhsil almaqla İsveç cəmiyyətində nüfuz sahibi olmağa, Azərbaycanın adını hər zaman uca tutmağa, sabahın ümidi və qüruru olan şagirdləri bilikli olmağa, yeni zirvələr fəth etməyə çağırıb. Həmçinin Qarabağ məktəbinin “Qarabağ” rəqs qrupuna böyük səhnələrdə Qarabağın adını daha da yüksəklərə qaldırıb uğurlar əldə etməyi diləyib.

 

Yazar Eluca Atalı şagirdlərə elm və təhsilin önəmindən bəhs edib, təhsilin böyük dünyaya açılan qapıların açarı olduğunu vurğulayıb. O, İsveçdə yaşayan uşaqlara Azərbaycan ədəbiyyatını və tarixini təbliğ etməyi böyük zövqlə davam etdirdiyini bildirib.

 

 



13.09.2022 | 10:01